Avropa Birliyi prezidentlərin görüşünü hazırlayır
Bizi izləyin

Dünya

Avropa Birliyi prezidentlərin görüşünü hazırlayır

Avropa Birliyi (AB) Rusiya prezidenti Vladimir Putin ilə Ukrayna prezidenti Pyotr Poroşenkonun görüşünü hazırlayır.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə “Wall Street Journal” nəşrinin Brüsseldəki müxbiri Lorens Norman “tvitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, Brüsseldəki diplomatik mənbələr Ukrayna, AB və Rusiya arasında üçtərəfli danışıqlar çərçivəsində prezidentlərin ikitərəfli görüşünün olacağını iddia edir. Müxbir AB-nin ikinci şəxsinin də informasiyanı təsdiqlədiyini bildirib.

Üçtərəfli konsultasiyalar haqqında razılıq Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozunun V.Putin ilə telefon söhbətində əldə olunub. Ukrayna və Rusiya prezidentlərinin yeganə görüşü isə iyun ayında Normandiyada Fransa və Almaniya liderlərinin vasitəçiliyi ilə baş tutub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm