PKK-dan xəbərdarlıq: “Ey beynəlxalq şəbəkə, kürd xalqı tək deyil”
Bizi izləyin

Dünya

PKK-dan xəbərdarlıq: “Ey beynəlxalq şəbəkə, kürd xalqı tək deyil”

PKK-nın silahlı qanadının başçısı Murad Karayılan “İraq Şam İslam Dövləti”nə (İŞİD) xəbərdarlıq edib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Karayılan kürdlərə qarşı hücumların davam edəcəyi halda əllərindəki əlavə imkanlardan da istifadə ediləcəyini deyib.

“Ey beynəlxalq şəbəkə İŞİD! Ey İŞİD! Kürd xalqı tək deyil. Bunu belə bil”, - o bildirib.

PKK-nın silahlı mübarizəyə başlamasının ildönümü ilə bağlı Kandildə keçirilən tədbirdə çıxış edən M. Karayılan kürd xalqının uğurlarına qarşı böyük bir hücumun başlandığını qeyd edib.

“Hücumlarınız davam edərsə, əlimizdəki ehtiyat vasitələrdən istifadə edəcəyik. Tezliklə vəhşiliyə son qoyun, əks halda, peşman olacaqsınız. Bu günə qədər sizin sahibiniz BƏƏS rejimi idi. İndi də siz bu qırğınları yenidən həyata keçirirsiniz. Heç bir fəlsəfədə bu qırğınlara yer yoxdur. İslam dinində heç yoxdur”, - PKK lideri İŞİD-ə səslənib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm