Kadırov Zakayevi ölkəsinə çağırdı
Bizi izləyin

Dünya

Kadırov Zakayevi ölkəsinə çağırdı

Əgər Əhməd Zakayev Rusiya ilə mübarizə aparmaq istəyirsə, buyursun Çeçenistana gəlsin”.

Axar.az xəbər verir ki, bu barədə Çeçenistan prezidenti Ramzan Kadırovun mətbuat xidmətindən bildiriblər. Ramzan Kadırov Avropada yaşayan çeçenlərin Ukraynada vətəndaş müharibəsini qəbul etmədiklərini və iştirak etmək istəmədiklərini deyib. O bu məsələdə Avropada yanlış fikir formalaşdırdığı üçün tanınmamış İçkeriya-Çeçen Respublikasının Londonda mühacir həyatı yaşayan baş naziri Əhməd Zakayevi günahlandırıb:

“Zakayev Ukrayna nəşrlərindən birinə müsahibəsində Avropada yaşayan minlərlə çeçenin Rusiya ilə müharibə aparmağa hazır olduğunu iddia edib. Bu, doğru deyil, sadəcə, boşboğazlıqdır. Rusiya Ukrayna ilə müharibə aparmır. Əgər Əhməd Zakayev Rusiya ilə mübarizə aparmaq istəyirsə, buyursun Çeçenistana gəlsin və ondan sonra ölkəmizin zərərinə nəyəsə cəhd etsin. Demək olar ki, bütün Avropada yaşayan çeçenlər praktiki olaraq Rusiya vətəndaşı hesab olunurlar. Onlar hər yay ailələri ilə istirahət etmək üçün Çeçenistana gəlir və buradakı inkişafı gördükdən sonra rəhbərlərinin kursunu dəstəkləyirlər”.

Ramzan Kadırov çeçenlərin Ukraynanın şərqində döyüşməsi faktını təkzib edib və bunu müzakirələr üçün ucuz tribuna adlandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm