Rusiyadan 2-ci nota (FOTO)
Bizi izləyin

Dünya

Rusiyadan 2-ci nota (FOTO)

Kiyevdə Rusiyanın səfirliyi Ukraynanın Xarici İşlər Nazirliyinə “Rossiya Segodnya” agentliyinin foto-müxbiri Andrey Steninin yoxa çıxması ilə bağlı ikinci dəfə nota göndərib.

Publika.az-ın məlumatına görə, bu barədə "RİA Novosti" xəbər agentliyi məlumat verib.

Bundan başqa, Rusiya səfirliyi "Ukrayna təhlükəsizlik xidmətləri tərəfindən" jurnalistinin mümkün tutulması haqqında Anton Qeraşenkonun Ukraynanın Daxili İşlər Nazirliyinin məsləhətçisinin sözlərini şərh etməyi xahiş edib.

Qeyd edək ki, Qeraşenko jurnalistin Ukrayna təhlükəsizlik xidməti əməkdaşları tərəfindən saxlanılması ehtimalını vurğulamışdı.

Rusiyalı diplomat bildirib ki, rəsmi Kiyev səfirliyin birinci notasına hələ cavab verməyib.

Xatırladaq ki, Steninlə avqustun 5-dən əlaqə saxlamaq mümkün deyil.

Daha əvvəl Steninin Ukrayna təhlükəsizlik xidmətləri tərəfindən tutulması haqda informasiya meydana çıxıb. İlkin məlumatlara görə, onun hətta Zaporojyedə təhlükəsizlik xidmətinin idarəsində olduğu iddia edilirdi. Ancaq Zaporojye idarəsi iddia edir ki, onların regionunda ümumiyyətlə Rusiya mediasının hər hansı saxlanmış nümayəndəsi yoxdur.


Andrey Stenin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm