• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

"Donetsk və Luqansk 2 günə azad ediləcək"

  • Dünya
  • 15 Avqust 2014 20:30
  • 501 Baxış
"Donetsk və Luqansk 2 günə azad ediləcək"

Ukrayna Silahlı Qüvvələrinin Antiterror birləşmələri Donetsk və Luqansk ərazilərinin rusiyameyilli separatçılardan azad edilməsinə görə genişmiqyaslı həlledici əməliyyatlara başlayır.

Publika.az-ın UNİAN-a isitnadən məlumatına görə, bu haqda Ukrayna Milli Təhlükəsizlik Şurasının informasiya mərkəzinin spikeri Andrey Lısenko xəbər verib.

Onun sözlərinə görə, hər iki şəhərin tam azad olunması planı üzərində işlənilir və son hazırlıqlar başa çatmaq üzrədir.

Andrey Lısenko qeyd edib ki, avqustun 14-dən 15-nə keçən gecə aparılan əməliyyatlar zamanı Ukrayna ordusu Donetsk və Luqanskın daha 3 yaşayış məntəqəsi separatçılardan azad edib. Separatçılar uzun müddət nəzarət etdikləri məntəqələri qoyaraq Donetsk və Luqanskın mərkəzinə doğru geri çəkiliblər. Bir çoxları könüllü olaraq təslim olub.


Andrey Lısenko

"Anti terror qrupları iki günə şəhərləri tam azad edəcək. Bu şəhərlərin azad olunması üçün hazırlıq keçirilib, planlar hazırlanıb. Biz onun müsbət nəticələrini məlumatlandıracağıq", - deyə Andrey Lısenko qeyd edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR