Şok: Bu dövlətlər PKK-nı silahlandırır
Bizi izləyin

Dünya

Şok: Bu dövlətlər PKK-nı silahlandırır

PKK qüvvələri İŞİD terrorçularına qarşı döyüşmək üçün İraqa istiqamət alıb.

Axar.az xəbər verir ki, Bərzani birliklərinin yanına gedən PKK silahlıları orada yaşayan kürdlərlə birgə döyüşəcək.

Qeyd edək ki, PKK silahlıları verdikləri açıqlamalarda Bərzaninin onları silahlandıracağını açıq-aydın bildirmişdi.

Bu arada Bərzaninin ABŞ və Avropa ölkələrindən silah istəməyi müsbət qarşılanıb.

Artıq ABŞ, Fransa və İngiltərə Bərzaniyə ən müasir silahlar verəcəyini bildirib.

Onu da bildirək ki, Bərzaninin İsraildən gizli yolla silah aldığı da sual altındadır. Çünki İsrailin Qəzzaya son hücumları Bərzani rəhbərliyi tərəfindən bir dəfə də olsun pislənilmədi.

PKK -nın Bərzaninin silah köməyi aldığı təqdirdə silahlanması ekspertlər tərəfindən müsbət hal kimi dəyərləndirilmir. Çünki “terrorçulara qarşı mübarizə” adı altında PKK tərəfdarlarının silahlanması və bir müddət sonra Türkiyəyə dönməsi dünya siyasətində gündəmi dəyişə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm