Şəhərə və ətrafına ordu yerləşdirildi
Bizi izləyin

Dünya

Şəhərə və ətrafına ordu yerləşdirildi

Söhbət xüsusi təyinatlı dəstələrdən, daxili qoşunların birləşmələrindən və çevik polis qruplarından gedir. Onların ümumilikdə sayı 40 minə yaxındır və dislokasiya zonasını ancaq martın sonunda tərk edə biləcəklər, əgər fövqəladə hal baş verməsə(bakupost.az).

Təkcə daxili qoşunlar əməliyyata 10 min nəfər şəxsi heyətin üzvünü təhkim ediblər ki, bunlar hərbçi kateqoriyasına aiddir. Polis qüvvələrinə gəldikdə isə onların sayı 30 minə yaxındır. Moskva 1500 nəfər post-patrul xidmətinin ən yüksək səviyyəli peşəkarlarını Olimpiya paytaxtı Soçiyə ezam edib. 700 nəfər ölkənin ikinci şəhəri Sankt-Peterburqdan Soçiyə yollanıb ki, bunlar da operativ əməliyyatlar üzrə fərqlənmiş mütəxəssislərdir.

Bu qüvvələr birlikdə Olimpiya oyunları zamanı və onlardan sonra keçiriləcək Par-Olimpiya oyunları zamanı da əsayişin və təhlükəsizliyin keşiyində duracaqlar. Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev Vedomosti.ru-ya bildirib ki, qlobal təhlükəsizlik əməliyyatının sonu martın axırında yekunlaşacaq və Soçiyə ezam olunmuş güc strukturlarının nümayəndələri daimi dislokasiya yerlərinə qayıdacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm