Ukrayna ordusu rus hərbi eşalonunu məhv etdi
Bizi izləyin

Dünya

Ukrayna ordusu rus hərbi eşalonunu məhv etdi

"Ukrayna silahlı qüvvələri Rusiyadan bu ölkənin ərazisinə daxil olmaq istəyən hərbi eşalonun bir hissəsini məhv edib".

Publika.az-ın məlumatına görə, bunu Ukrayna prezidenti Petro Poroşenko Böyük Britaniyanın baş naziri David Kameronla danışığı zamanı deyib.

Bu haqda informasiya Ukrayna prezidentinin rəsmi saytında dərc edilib.

Xəbərdə deyilir ki, rəsmilər Rusiyadan Ukrayna tərəfinə keçən hərbi eşalondan danışıblar və bildiriblər ki, rusların bu "əməliyyat" beynəlxalq jurnalistlər tərəfindən də təsdiq edilib.

The Guardian qəzeti bu olaya geniş yer ayıraraq yazıb ki, Poroşenkonun dediyinə görə informasiya dəqiqdir və bütün detalları ilə öz təsdiqini tapıb.

Ukrayna Milli Təhlükəsizlik Şurasının informasiya mərkəzinin spikeri Andrey Lısenko isə Reuters agentliyinə bildirib ki, Ukrayna silahlı qüvvələri rusların hərbi eşalonunu izlədikdən sonra əməliyyat keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm