AB narahatdır: Braziliya planları korlayır
Bizi izləyin

Dünya

AB narahatdır: Braziliya planları korlayır

Qərb ölkələri Rusiyaya qarşı tətbiq olunan embarqonun Braziliya tərəfindən puç olmasından narahatdır.

Axar.az xəbər verir ki, Avropa Birliyinin (AB) yaxın vaxtlarda Braziliya ilə bu barədə danışıqlara başlayacağı gözlənilir.

Qeyd edək ki, Latın Amerikası məhsullarının Rusiyaya girişi demək olar ki, AB və ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları heçə endirə bilər.

Narahatlıq da burdan başlayıb. Belə ki, AB Rusiyaya qarşı kənd təsərrüfatı mallarının ixracına qadağa qoyduqdan sonra Braziliya hərəkətə keçib.

Rusiya bazarını istənilən məhsulla təmin etmək qabiliyyətində olan Braziliya bu şansı əldən vermək istəmir.

Braziliyadan başqa Çili də Rusiya ilə alver etmək fikrindədir. Balıq embarqosundan faydalanmaq istəyən Çili artıq Rusiyaya bir sıra təkliflər də edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm