NATO: "Rusiya əsgərlərini geri çəkməlidir"
Bizi izləyin

Dünya

NATO: "Rusiya əsgərlərini geri çəkməlidir"

NATO-nun baş katibi Anders Foq Rasmussen Rusiyanı sərt tənqid edib.

ANS PRESS-in məlumatına görə, NATO-nun baş katibi Rusiyanın son 5 ildə müdafiə xərclərinin 50 faiz artması fonunda ittifaq ölkələrinin hərbi xərclərinin artırmalı olduğunun vacibliyini deyib.

Onun sözlərinə görə, Rasmussen Rusiyanın son olaraq dünən gecə Ukraynanın şərqinə silah və hərbçilər göndərib:

"Rusiyanın bütün əsgərlərini Ukrayna sərhədindən çəkməsini tələb edirik. Separatçılara verilən silah, pul və hərbi heyət dəstəyini dayandırılmasını və Kiyev hökuməti ilə dialoqa girməsini istəyirik".

Rasmussen soyuq müharibə dövründən bu yana Rusiyanı tərəfdaş kimi gördüklərini, ancaq Rusiyanın NATO-nu qarşısında düşmən gördüyünü sözlərinə əlavə edib:

"Rusiya son 5 ildə müdafiə xərclərini 50 faiz artırıb. NATO isə 20 faiz hərbi xərclərini artırıb. Bu vəziyyəti tərsinə çevirməliyik və NATO ölkələri pillə-pillə müdafiə xərclərinin artırmalıdır. Yükü yalnız ABŞ-a yükləmək doğru deyil, xərclərin üçdə ikisini ABŞ ödəyir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm