• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Əl-Qaidə” ABŞ-a səsləndi

  • Dünya
  • 16 Avqust 2014 00:24
  • 494 Baxış
“Əl-Qaidə” ABŞ-a səsləndi

“Əl-Qaidə” 3 il öncə Pakistanda girov götürdüyü amerikalını ABŞ-da həbsdə olan terrorçularla dəyişməyə hazırdır.

Bu haqda “Reuters” agentliyi xəbər yayıb.

Bildirilir ki, terror təşkilatı bu barədə bəyanatı İnternet üzərindən cümə günü yayıb.

Söhbət Varen Veynştayndan gedir. O, 2011-ci ildə Lahor şəhərində oğurlanıb. Cənab Veynştayın orada Amerika şirkətində çalışırmış. “Əl-Qaidə” bu şəxslə bağlı video materialı sonuncu dəfə dekabr ayında paylaşmışdı. Terroçuların dəyişmək istədiyi şəxslərsə hazırda ABŞ-ın hərbi bazası Quantanamodakı həbs düşərgəsində ( “Guantanamo Bay detention camp”) saxlanılır.

“Əl-Qaidə” Veynştaynın ailəsinə bildirib ki, əgər sizin hökumət onun azadlığın istəyirsə hərəkətə keçməlidir. Bu məsələyə məsuliyyətlə yanaşmalıdır. Ancaq sizin hökumət indiyə qədər Veinştaynın azad olması üçün heç bir cəhddə bulunmayıb. Belə getsə o, tənha vəziyyətdə həbsxanada öləcək. Əgər bunu istəmirsizsə, öz hökumətinizə təzyiq göstərin.

Agentlik xatırladır ki, Veynştaynın dekabrda yayımlanan 13 dəqiqəlik videosunda o, prezident Barak Obamaya müraciət edərək, azad olunması üçün terrorçularla danışıqlara başlamağı və onun azadlığına nail olmasını xahiş etmişdi.

Agentlik bildirir ki, cənab Veynştaynın Pakistanla Əfqanıstan arasındakı sərhəd ərazidə saxlanıldığı güman edilir. Oralar isə bütövlükdə “Əl-Qaidə” və Talibanın nəzarəti altındadır.

Xatırladaq ki, 1941-ci il doğumlu Varen Veynştayn Nyu-York Dövlət Universitetinin professoru olub. Onun girov götürülməsi barədə “Əl-Qaidə” lideri Ayman əl Zəvahiri şəxsən məlumat yaymışdı.


Musavat.com

Xəbər lenti

DAHA ÇOX XƏBƏR