Luqanskda küçə döyüşləri gedir
Bizi izləyin

Dünya

Luqanskda küçə döyüşləri gedir

Hal-hazırda Ukraynanın Luqansk şəhərinin mərkəzində separatçılarla Ukrayna ordusunun hərbçilərinin arasında küçə döyüşləri gedir.

Publika.az-ın məlumatına görə, bu haqda "Vətəndaş təşəbbüsü" İctimai Birliyinin rəhbəri Dmitri Sneqiryov bildirib.

Onun sözlərinə görə, bu informasiyanı ona səhər sakinləri verib.

"İndi Luqansk mərkəzində küçə döyüşləri gedir, hər yandan silah səsləri eşidilir, vəziyyət əlbəyaxa döyüşlərə çatır", - deyə Sneqirev bildirib.

O qeyd edib ki, günün birinci yarısında Ukrayna hərbçiləri Luqansk vilayət xəstəxanasını və onun yanındakı ərazini öz nəzarətinə götürüb. Separatçılar isə avtovağzalın və hərbi məktəbin yanına cəmləşib.

Alınan son məlumata görə, son 2 saat ərzində şəhər mərkəzində küçə döyüşləri aktivləşib, Ukrayna hərbçilərinin Luqanskın mərkəzinə doğru irəlilədiyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm