• USD 1,7007 0,00% EUR 2,0368 +0,29%
    • GBP 2,3022 -0,40% RUB 0,0293 -0,68%

Soçidə növbəti görüş

  • Dünya
  • 16 Avqust 2014 01:31
  • 552 Baxış
Soçidə növbəti görüş

Bu gün Rusiyanın Soçi şəhərində Rusiya prezidentinin administrasiyasının rəhbəri Sergey İvanovla Ukraynanın prezident administrasiyasının başçısı Boris Lojkininin görüşü olub.

Publika.az-ın UNİAN-a istinadən məlumatına görə, bu haqda Ukrayna prezidentinin mətbuat xidməti bildirib.

"Tərəflər avqustun 17-də Berlin şəhərində Ukrayna, Almaniya, Fransa və Rusiyanın xarici işlər nazirlərinin görüşünün keçirilməsini müzakirə ediblər", - deyə xəbərdə deyilir.

Həmçinin qeyd edilir ki, Berlin görüşündə müzakirə olunacaq gündəlik məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Ukraynanın xarici işlər naziri Pavel Klimkin Twitter səhifəsində yazıb ki, avqustun 17-də Berlində 4 ölkənin xarici işlər nazirlərinin arasında danışıqlar aparılacaq.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>