Rusiyanın "yardım" istəyi baş tutmayıb
Bizi izləyin

Dünya

Rusiyanın "yardım" istəyi baş tutmayıb

Rusiyanın Ukraynanın şərq hissəsində döyüşlərdən əziyyət çəkən insanlara humnitar yardım çatdırmaq istəyi hələ ki, baş tutmayıb.

Publika.az-ın məlumatına görə, artıq yardım konvoyu Ukrayna sərhədlərinə çatıb. Lakin Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti konvoyun hərbi texnikanın müşahidəsi altında hərəkətinə qarşı çıxıb. Təşkilatın missiya üzrə rəhbəri Loran Korbaz bildirib ki, Qırmızı Xaç Cəmiyyəti, əsasən, missiyanın təhlükəsiz şəraitdə baş tutmasına diqqət yetirir.

Rəsmi Kiyev Rusiyanın humanitar yardım pərdəsi altında ölkənin şərqində hökumətə qarşı döyüşən separatçıları silahlandırmaq niyyətində olduğunu iddia edir. Məlumata görə, Ukrayna sərhədçiləri və Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri hazırda sərhəddə gözləyən avtomobillərdə yoxlama işləri aparıb.

Rusiya hökuməti konvoyda taxıl, şəkər, tibbi ləvazimatlar, dərman perparatları olduğunu məruzə edib.

Eyni zamanda, rəsmi Kiyevdə Luqanskda döyüşlərdən əziyyət çəkən insanları humnitar yardımla təmin edib. Ərzaqla dolu yük avtomobilləri Severodonetsk şəhərində boşaldılıb.

Bir qədər əvvəl Ukrayna müdafiə nazirliyi Rusiyaya məxsus hərbi texnikanın zərərsizləşdirildiyini bildirmişdi. Məlumata görə, rus artilleriyası sərhədi pozaraq Ukrayna ərazisinə daxil olduğu üçün hərbi müdaxiləyə məruz qalıb. Ölkə prezidenti Pyotr Poroşenko da faktı təsdiqləyib. Lakin Rusiya bu iddiaları “Kiyevin Təxəyyülü” adlandırıb. Hökumət bildirib ki, əgər hər hansı bir hərbi texnika zərərsizləşdirilibsə, ən azından, onun qalıqları nümayiş etdirilməlidir.

Birləşmiş Millətlər Təşkilatı da hələlik iddialarla bağlı heç bir məruzə verməyib. Və tərəfləri gərginliyi yatırmağa çağırıb.

Əgər faktın gerçək olduğu üzə çıxarsa, bu, Ukrayna ilə Rusiya arasında gərginliyin daha da artmasına səbəb ola bilər.

Donetskdə isə, ötən gün də döyüşlər olub. Hərbi qüvvələr Uqleqorsk şəhərində separatçılara qarşı mövqe döyüşləri aparıblar. Məlumata görə, döyüşlər zamanı separatçılar zərərsizləşdiriliblər. Nəticədə Uqleqorsk şəhərində nəzarət bərpa olunub.


Associated Press

Oxumağa davam et
Reklam
Reklam

Gündəm