Pakistan ayağa qalxdı (FOTO)
Bizi izləyin

Dünya

Pakistan ayağa qalxdı (FOTO)

Pakistanda müxalifət partiyalarının hökumətə qarşı etiraz yürüşləri zorakılıqlarla yadda qalıb.

Bir müddət əvvəl Pakistan Ədalət Hərəkatı və Pakistan Xalq Hərəkatı partiyalarının rəhbərliyi öz tərəfdarları ilə birlikdə paytaxt İslamabada doğru yürüşə start vermişdilər.

ANS PRESS-in məlumatına görə, Pakistan Ədalət Hərəkatının avtobusu Qucranuvala şəhərindən keçən zaman bir qrup şəxs avtobusa və partiya tərəfdarlarına hücum edib. Etirazçı fəallar avtobusu daşa basıblar. Bildirilir ki, həmçinin, partiyanın rəhbəri İmran Xana sui-qəsd cəhdi də olub. Şahidlər avtobusun atəşə məruz qaldığını deyiblər. Lakin avtobusun şüşələri gülləkeçirməz olduğundan hücum zamanı insan itkisi olmayıb. Yaranmış xaos zamanı isə bir neçə nəfər xəsarət alıb.

Partiya tərəfdarları ötən gün axşam saatlarında paytaxt İslamabada çatıblar. İmran Xan bildirib ki, heç kim onun ədalət uğrunda mübarizəsini dayandıra bilməz.

Müxalifət partiyaları ölkə iqtisadiyyatının zəifləməsi, silahlı qruplaşmaların artması və infrastrukturun çökməsinə görə baş nazir Nəvaz Şərifi günahlandırır və hökumətini istefasını tələb edir.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm