İŞİD kütləvi qətliam törətdi
Bizi izləyin

Dünya

İŞİD kütləvi qətliam törətdi

ABŞ-ın xəbər kanalı "CNN" İraq Kürd bölgəsindən səlahiyyətlilərə və yerli Yezidi qaynaqlara istinadən verdiyi xəbərdə İŞİD-in Sincar yaxınlığındakı Kojo adlı Yezidi kəndinə basqın etdiyini bildirir.

Publika.az-ın məlumatına görə, kənddə 80 kişini öldürən İŞİD terroristləri uşaqları və 100 qadını da girov götürüb. İraqın Muxtar Kürd bölgəsində yayımlanan “Rudaw” xəbər saytının vediyi xəbərdə bildirilir ki, İŞİD-in kütləvi edamlarından bəzilərinin yaralı olaraq qaçmağı mümkün olub.

Xəbərdə deyilir ki, İŞİD Yezidi kəndinin sakinlərinə islama keçmələri üçün cümə gününə, yəni dünənə qədər müddət vermişdi. Dinlərini dəyişməyəcəyini bildirən yezidilər qətl edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm