Şok: Putin Mustafa Cəmilovun oğlunu şantaj edir
Bizi izləyin

Dünya

Şok: Putin Mustafa Cəmilovun oğlunu şantaj edir

Rusiya Prezidenti Vladimir Putin mənimlə görüşmək üçün oğlumun həyatını şantaj edir.

Axar.az xəbər verir ki, bunu Krım tatarlarının lideri Mustafa Cəmilov deyib.

Onun sözlərinə görə, Rusiya hökumət nümayəndələri onu Putinlə görüşməyə məcbur edirlər.

“Onlar bildirirlər ki, Krımda həbsdə olan oğlumun azadlığı və mənim Krıma yolumun açılması danışıqların nəticəsindən asılıdır. Fikrimcə onlar mənim cavabımı almaq üçün oğlumu həbsdə saxlayırlar. Əminəm ki, Krımın işğalı 5 il də çəkməyəcək və mən öz doğma vətənimə qayıdacam”, - Cəmilov bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm