Dünya
Amerikalı həmsədr danışdı : “Biz atəşkəsin pozulmasından narahatıq”
Publika.Az xəbər veri ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 24 yanvarda Parisdə keçirdikləri görüşdən qayıtmış ATƏT Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik” Amerikanın Səsi”nin erməni xidmətinə müsahibə verib. Müsahibədə ABŞ elçisi sülh danışıqlarının gedişatı haqda məlumat vermiş və son günlər cəbhədə atəşkəsin tez-tez pozulmasını şərh etmişdir.
“Mən inanıram ki, tərəflər dinc həll yolu tapmaqda maraqlıdırlar
və bu həvəsləndirici haldır. Problem ondadır ki, hərəkətlər sözlərə
uyğun gəlmir. Biz indi zorakılıqlarda eskalasiya müşahidə edirik,”
deyə C. Uorlik bildirib. Amerikalı vasitəçinin sözlərinə görə ötən
il noyabın 19-da Azərbaycan və Ermənistan prezidentlərinin
görüşünədək təmas xəttindəki durum sabit idi.
Uorlik qeyd edib ki, təmas xəttində zorakılıqların baş verməməsi
danışıqlar üçün konstruktiv şərait yaradır və danışıqlarda
irəliləyişə yol açır. “Biz atəşkəsin pozulmasından narahatıq, çünki
baş verənlər sülhə nail olmaq səylərimizi əngəlləyir. Bizə elə bir
atmosfer lazımdır ki, orada irəliləyiş əldə etmək mümkün olsun,”
deyə cənab Uorlik bildirib.
Tərəfləri eskalasiyaya gətirib çıxaran ritorikadan uzaq durmağa
səsləyən ABŞ elçisi yaxın zamanlarda ATƏT Minsk Qrupunun başqa
həmsədrləri ilə birgə regiona qayıdacağını söyləyib. Onun sözlərinə
görə vasitəçilərin başlıca vəzifəsi tərəflər arasında sülh üçün
siyasi iradəni gücləndirməkdir. Bunun üçünsə hər iki tərəf
zorakılıqlardan çəkinməlidir.
Cənab Uorlik əmin olduğunu bidirib ki, həm Azərbaycan həm də
Ermənistan prezidentləri münaqişənin danışıqlar yolu ilə həlli
prosesinə sadiqdirlər.
İsmayıl
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı