Rusiyalı politoloq: “Qərb “Birinci Avrasiya Müharibəsi”ni səbirsizliklə gözləyir”
Bizi izləyin

Dünya

Rusiyalı politoloq: “Qərb “Birinci Avrasiya Müharibəsi”ni səbirsizliklə gözləyir”

“Ukrayna ərazisində genişmiqyaslı döyüş əməliyyatları artıq çoxdan aparılır”.

Publika.az-a açıqlamasında bu sözləri rusiyalı politoloq Qriqori Trofimçuk Ukraynanın şərqində baş verən son hadisələri şərh edərkən deyib.

Onun sözlərinə görə, baş verənləri heç də rəsmi olaraq Rusiya-Ukrayna müharibəsi hesab etmək olmaz. Rusiyalı politoloq Ukraynada vətəndaş müharibəsinin getdiyini, dünyanın isə bunu Rusiya-Ukrayna müharibəsi kimi qələmə verdiklərini deyib. Qriqori Trofimçuk hesab edir ki, vətəndaş müharibəsinin başqa formada təqdim edilməsi Rusiya və Ukraynanı uzun illər düşmən etməyə hesablanıb.

Ukrayna ərazisinə Rusiya qoşunlarının müdaxiləsinə gəlincə, politoloq qeyd edir ki, Krımın siyasi baxımdan Rusiyaya birləşdirilməsi Rusiyanın ittihamı üçün Qərbin əlinə əsas verib: “Hazırda Rusiya üçün bunun əksini, yəni Ukraynanın cənub-şərqinə heç bir hərbi yardım etmədyini sübut etmək çox çətindir. Bundan başqa Rusiya hətta öz ərazinə - Rostova açılan atəşlərə cavab verə bilmir. Çünki Krım hazırda onun bütün hərəkətlərini nəzarətdə saxlayır. Rusiya Ukraynaya nizami qoşunlarını daxil etsəydi, o halda siz bundan dərhal xəbər tuta bilərdiniz. Çünki indiki vəziyyət çoxdan böyük müharibəyə çevrilə bilərdi”.

“Rusiya qoşununun Ukraynaya müdaxiləsi “Üçüncü Dünya Müharibəsi” deyil, ən azından “Birinci Avrasiya Müharibəsi”ninin başlanmasına gətirib çıxarardı. Rusiyanın bir çox rəqibləri bütün postsovet ərazisinin yenidən bölüşdürülməsi uçub bunu səbirsizliklə gözləyirlər”, - Trofimçuk deyib.

Politoloq Rusiyanın Ukraynanın şərqinə etdiyi humanitar yardımla bağlı Qərbdə səslənən iddiaları də şərh edib. Qeyd edək ki, humanitar yardım avtomobillərində silah-sursatın olması barədə iddialar səslənir.

Q.Trofimçuk Rusiya humanitar karvanının artıq yoxlanıldığını, amma heç bir sensasiyanın qeydə alınmadığını bildirib: “Humanitar yardım aparan yük avtomobilləri tam doldurulmayıb. Bu isə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəzarətçilərinə avtomobilin hər küncünü yoxlamağa imkan verir. Rusiya Luqansk sakinlərinə yardım edir, çünki onların taleyinə görə özünün məsuliyyətini hiss edir. Beynəlxalq Qırmızı Xaç Komitəsi humanitar karvanın Moskva ətrafından hərəkətə başlamasından bu yana yardımın çatdırılması barədə aydın olmayan şərhlər verir. Deməli, humanitar karvanla bağlı informasiyalara görə məsuliyyətin böyük hissəsi Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzərinə düşür”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm