Yaroş qisas aldı: 60 rus separatçısı öldürüldü
Bizi izləyin

Dünya

Yaroş qisas aldı: 60 rus separatçısı öldürüldü

Donetsk ətrafında 60 rus separatçısı öldürülüb.

Publika.az xəbər verir ki, bu haqda “Sağ sektor” partiyasının lideri Dmitri Yaroş öz “Facebook” səhifəsində yazıb: “93-cü briqadanın kombriqi “artilleriya allahıdır”. Separatçıların mövqelərini külə döndərdi. Bir tankları yandı, 60 çaqqal öldü. Bu əclaflar mənim döyüşçülərimə qarşı etdiklərinin cavabını aldılar”.

Xatırladaq ki, avqustun 12-də separatçılar Donetsk ətrafında Yaroşun döyüşçülərinin olduğu avtobusu gülləbaran etmişdilər. Nəticədə 12 ukraynalı həlak olmuşdu.

Ruslar ölənlərin meyitlərini ukraynalılara verməkdən imtina edərək bildirmişdilər ki, cəsədlər yandırılıb və onların yalnız dişləri qalıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm