“Hizbullah”dan şok açıqlama: “Məqsədləri üçün İŞİD-ə göz yumdu”
Bizi izləyin

Dünya

“Hizbullah”dan şok açıqlama: “Məqsədləri üçün İŞİD-ə göz yumdu”

“Hizbullah” rəhbəri Həsən Nəsrullah ABŞ uzun illər “İraq Şam İslam Dövləti”nə (İŞİD) göz yumduğunu açıqlayıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Həsən Nəsrullah terror təşkilatı İŞİD-in sünnilərə qarşı qətliam törətdiyini və ABŞ-ın da bu təşkilatdan istifadə etmək üçün onun hərəkətlərinə laqeyd qaldığını bildirib.

Nəsrullah 2006-cı ildəki İsrail-Livan müharibəsinin ildönümü ilə əlaqədar televiziya kanalında xalqa müraciət edib. Nəsrullah müraciət zamanı “İŞİD Suriya və İraqın geniş bir ərazisini işğal edib. Neft yataqları və su ehtiyatlarına nəzarət edir. Əllərində böyük miqdarda silah və hərbi texnika var. Bu təşkilatın məqsədi qətliamlar törətməkdir”, - deyib.

“Hizbullah” lideri İran və Suriyanı da İŞİD-ə dəstək verməkdə ittiham edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm