Dəhşətli virus yayıldı: 300 nəfər öldü
Bizi izləyin

Dünya

Dəhşətli virus yayıldı: 300 nəfər öldü

300 nəfər qripin qurbanı oldu

Bir ay ərzində qripə yoluxanların sayı isə 2.8 min nəfərdir.

Meksikada qripdən ölənlərin sayı 300 nəfər çatıb.

Anspress-in "Ria Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu rəqəm yanvar ayında 295 nəfər idi. Onların da 271 nəfəri dünyasını dəyişib. Bir ay ərzində qripə yoluxanların sayı isə 2.8 min nəfərdir. Onların da 203 min nəfərində "donuz qripi" aşkarlanıb. Bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.

Səhiyyə orqanları bildirib ki, hələlik Meksikada epidemiya həyəcanı yaymağa ehtiyac yoxdu. Ancaq vaksinasiya tədbirləri görmək və xəstəliyin inkişafı haqqında insanlara xəbərdarlıq etmək lazımdır.

Qeyd edək ki, ilk dəfə 2009-cu ilin aprel ayında "donuz qripi" qığılcımı baş verib. Qısa zaman ərzində "A-H1N1" virusu ölkənin böyük hissəsinə yayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm