Rusiya və ABŞ ordu rəhbərləri telefonla danışdı
Bizi izləyin

Dünya

Rusiya və ABŞ ordu rəhbərləri telefonla danışdı

Rusiya və Amerikanın ordu rəhbələri telefon vasitəsi ilə Ukraynadakı vəziyyəti müzakirə ediblər. Onlar əsasən bu səhər Ukraynaya göndərilən humanitar yardımla əlaqədar məsələni danışıblar.

ANS TV-nin məlumatına görə, Amerika müdafiə katibi Çak Heykel Rəsmi Kiyevin iddialarını yalanlayıb. O deyib ki, Rusiya yardım adı altında separtçıları silahlandırmaq niyyətindən uzaqdır.

Rusiyaya məxsus humanitar yardım daşıyan 270 yük maşınının Ukraynanın Luqansk vilayəti ilə sərhədə çatdığı bir vaxtda, rəsmi Kiyev Donbass bölgəsinin sakinləri üçün humanitar yardım göndərdiyini açıqlayıb. Bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko açıqlama verib. Onun sözlərinə görə, humanitar yardım daşıyan 80 yük maşını artıq Beynəlxalq Qırmızı Xaç Komitəsinə təhvil verilib və onların vasitəçiliyi ilə Luqansk sakinlərinə çatdırılacaq. Təşkilatın missiya üzrə rəhbəri Loran Korbaz bildirib ki, Qırmızı Xaç Cəmiyyəti əsasən, missiyanın təhlükəsiz şəraitdə baş tutmasına diqqət yetirir.

Rəsmi Kiyev Rusiyanın humanitar yardım pərdəsi altında ölkənin şərqində hökumətə qarşı döyüşən separatçıları silahlandırmaq niyyətində olduğunu iddia edir. Ukrayna sərhədçiləri və Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri hazırda sərhəddə gözləyən avtomobillərdə yoxlama işləri aparıb. Rusiya hökuməti konvoyda taxıl, şəkər, tibbi ləvazimatlar, dərman perparatları olduğunu məruzə edib.

Donetskdə isə, ötən gün də tərəflər arasında toqquşmalar olub. Hərbi qüvvələr Uqleqorsk şəhərində separatçılara qarşı mövqe döyüşləri aparıb. Şəhərdə hökümətin nəzarəti tam bərpa olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm