Almanlar Türkiyədən üzr istəyəcəklər
Bizi izləyin

Dünya

Almanlar Türkiyədən üzr istəyəcəklər

Almaniya hökumətinin 2009-cu ildə kəşfiyyat qurumu BND-yə Türkiyədə kəşfiyyat fəaliyyəti, dinləmələr həyata keçirmək üçün təlimat və səlahiyyət verdiyi üzə çıxıb. Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, bu barədə bu gün Almaniyanın “Der Spiegel” jurnalında məqalə işıq üzü görüb.

Türkiyənin dinlənilməsi ilə bağlı qərar bəzi nazirlərin istəyi ilə qəbul edilib. Almaniyanın ənənəvi olaraq NATO-dakı müttəfiqlərinə qarşı kəşfiyyat fəaliyyəti aparmadığını xatırladan “Der Spiegel” yazıb ki, Almaniya hökuməti kəşfiyyat qurumuna Türkiyə ilə bağlı elektron və sahəvi məlumatlar da daxil olmaqla, hər cür məlumatlar toplamağı tapşırıb. BND də Türkiyəni izlənməsi vacib ölkələr siyahısına daxil edib.

İzlənilən ölkələr sırasında ABŞ da yer alıb. Rəsmi Vaşinqton məsələdən həm ABŞ, həm də Almaniya lehinə casusluq edən bir alman casus sayəsində xəbər tutub. “Der Spiegel” jurnalı Almaniyanın ABŞ dövlət katibi Con Kerri ilə bərabər BMT-nin sabiq baş katibi Kofi Annanı da dinlədiyini yazıb.

“Der Spiegel” jurnalına açıqlama verən Almaniya hökumətinin rəsmiləri gələn həftənin əvvəlində Türkiyə hökuməti ilə təmas qurulacağını və Almaniya hökumətinin bu olayla bağlı Türkiyədən üzr istəyəcəyini bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm