Luqanskın “Zarya” batalyonu məhv edildi
Bizi izləyin

Dünya

Luqanskın “Zarya” batalyonu məhv edildi

Luqansk vilayətində terrorçular “Zarya” batalyonunu özləri artilleriya atəşinə tutublar.

Pulika.az UNİAN-a istinadla xəbər verir ki, hazırda cəmi 10 nəfər canlı qüvvəsi qalan “Zarya”ya terrorçular özləri “Qrad” zərbələri endiriblər. Şahidlərin sözlərinə görə, Luqanska Rusiyaya aid 20-dək ağır texnika daxil olub:

“Ötən gecə “Zarya” bayalyonundan 6 BTR və 12 tank Novosvetlovskdakı Ukrayna hərbçilərinin mövqelərinə hücuma keçib, amma Suxodolsk şəhərindən endirilən 6 “Qrad” mərmisi öz batalyonlarının mövqelərinə düşüb. Beləliklə, bütövlükdə “Zarya” batalyonundan cəmi 10 döyüşçü qalıb”, - deyə “Sağ həqiqət” vətəndaş təşəbbüsünün başçısı Dmitri Sneqirov bildirib. O əlavə edib ki, separatçı Luqansk Respublikasının rəhbəri, vaxtilə “Zarya” batalyonuna rəhbərlik edən İqor Plotniski bu batalyonu Luqanskın ən güclü hərbi birliyi adlandırırdı.

Bu səhər başlayan toqquşmalarda “Zarya” batalyonunda döyüşən 23 terrorçunun zərərsizləşdirildiyi barədə də Sneqirov məlumat vermişdi.

Xatırladaq ki, Luqansk və Donetskin azad olunması istiqamətində Ukrayna hərbçiləri dünəndən ağır döyüşlər aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm