Prokurorluq Saakaşvilini biabır etdi
Bizi izləyin

Dünya

Prokurorluq Saakaşvilini biabır etdi

Gürcüstan Baş Prokurorluğu Mixail Saakaşvilinin botoks və epilyasiya üçün dövlət büdcəsindən 450 min dollar xərclədiyini bildirib.

Prokurorluqdan bildirilib ki, M. Saakaşvili təkcə özü gözəllik salonlarında 400 min lari (220 min dollar) xərcləyib. Bu vəsait əsasən Avropa ölkələrindəki klinikalardan birində botoks və epilyasiya inyeksiyası üçün ödənilib.

Baş Prokurorluq M. Saakaşvilinin müxtəlif şəxsi ehtiyacları üçün dövlət büdcəsindən 8 milyon lari (5 milyon dollar) xərclədiyi barədə avqustun 13-də yaydığı məlumatla bağlı sübutları təqdim etməyə hazır olduğunu da açıqlayıb. Dövlət Xüsusi Mühafizə Xidməti həmin vəsaiti dövlət başçısı üçün aşpaz və masajçı xidmətləri, mehmanxana, İtaliyada yaxta icarəsi üçün xərcləyib.


Qeyd edək ki, M. Saakaşivili 5 milyon dollar vəsaitlə bağlı ona ünvanlanan ittihama cavab verib. O deyib ki, həmin vəsait Dövlət Xüsusi Mühafizə Xidmətinin büdcəsindən ölkənin populyarlaşdırılması və investisiya cəlb edilməsi üçün xərclənib.


Xatırladaq ki, M. Saakaşviliyə qarşı eyni vaxtda bir neçə cinayət işi açılıb.


O, əsasən səlahiyyət həddini aşaraq 2007-ci il noyabrın 7-də Tbilisidə aksiyanın dağıdılmasında, vəfat etmiş oliqarx Badri Patarkatsişvilinin əmlakını mənimsəməkdə ittiham olunur. Baş Prokurorluq 2005-ci ildə deputat Valeriya Gelaşvilinin döyülməsinin də M. Saakaşvili tərəfindən təşkil olunduğunu iddia edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm