Türkiyədə yeni erməni küçəsi (FOTO)
Bizi izləyin

Dünya

Türkiyədə yeni erməni küçəsi (FOTO)

Türkiyənin Bitlis şəhərinin küçələrindən birinə erməni mənşəli amerikalı yazıçı Uilyam Saroyanın adı verilib.

ANS PRESS-in məlumatına görə, əhalisi kürdlərdən ibarət olan Bitlis şəhərinin şurası beş küçənin adının dəyişdirilməsi barədə qərar verib. Qərara əsasən küçələrdən birinə Uilyam Saroyanın adı verilib.

U.Saroyanın babaları 1915-ci ildə Bitlisi tərk ediblər. U.Saroyan Kaliforniyanın Frezno şəhərində anadan olub, lakin babalarının vətəni ilə sıx əlaqələrini saxlayıb. O, 1964-cü ildə Bitlisə səfər edib və 2014-cü ildə bu səfərin 50 illiyi tamam olub.

Bitlis şəhər şurası da bu yubileylə bağlı erməni yazıçının adını vaxtilə babalarının yaşadığı küçəyə verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm