Olland Putini Ukraynaya görə hədələdi
Bizi izləyin

Dünya

Olland Putini Ukraynaya görə hədələdi

Rusiya Ukraynanın ərazi bütövlüyünə hörmət etməyi öz üzərinə götürməlidir.

Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Fransua Olland Yelisey Sarayında Avropa Komissiyasının sədri Xose Manuel Barrozu ilə keçirdiyi görüşdə deyib.

“Onlar Ukraynanın şərq regionlarında baş verənlərdən narahatlıqlarını bildiriblər. Dövlət başçısı növbəti dəfə də deyib ki, Rusiya Ukraynanın ərazi bütövlüyünə hörmət etməyi öz üzərinə götürməlidir və Kiyevi hərbi əməliyyatlar zamanı separatçılara qarşı sərt olmağa çağırıb”, - Yelisey Sarayından bildirilib.

Olland və Barrozu həmçinin, Ukraynanın şərqindəki humanitar vəziyyətdən danışıblar və onu yaxşılaşması üçün normal şərtlərin yaradılmasına çağırıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm