Dünya
İtaliyadan Qarabağ bəyanatı - Foto
İtaliya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ regionunda, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin artması ilə əlaqədar bəyanat yayıb.
Bəyanatda deyilir:
“Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin cari il iyulun 14-də Romaya səfəri çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli əlaqələrin daha da genişləndirilməsi, o cümlədən əməkdaşlıq etmək üçün yeni sahələrin müəyyənləşdirilməsi və bu işə vətəndaş cəmiyyətlərinin də cəlb olunması barədə birgə bəyannamə imzalanıb. İtaliya ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqları və səyləri dəstəkləyir. İtaliya da Avropa İttifaqı (Aİ) ilə birgə münaqişənin sülh yolu ilə, BMT Xartiyası və Helsinki Yekun Aktının baza prinsipləri əsasında, eyni zamanda ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həyata keçirilən danışıqlar prosesi çərçivəsində həll olunmasının tərəfdarıdır.
İtaliya da Aİ-dəki tərəfdaşları kimi, son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində artan gərginlikdən narahatlığını bildirir, tərəfləri güc tətbiq etməməyə çağırır, Ermənistan və Azərbaycan prezidentlərinin cari il avqustun 10-da Soçidəki görüşlərindən sonra məsələnin siyasi danışıqlarla həll ediləcəyinə ümid edir”.
AzərTAc
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?