Baş nazirə cinayət işi açıldı
Bizi izləyin

Dünya

Baş nazirə cinayət işi açıldı

Pakistanda Lahor Ali Məhkəməsi Baş nazir Nəvaz Şərif ilə bərabər 19 nəfər barədə cinayət işinin açılması üçün qərar verib.

Axar.az xəbər verir ki, məhkəmə 17 iyunda Lahor şəhərində Pakistan Xalq Hərəkatı Partiyası tərəfdarları ilə polis arasında yaranan qarşıdurmada 14 nəfərin ölümü ilə nəticələnən hadisəni araşdıracaq.

Siyahıdakı 19 nəfər arasında Pakistan Baş naziri Nəvaz Şərif, Pəncab əyalətinin Baş naziri Şahbaz Şərif və Daxili İşlər naziri Nisar Əli Xan var.

Xatırladaq ki, Pəncab əyalətinin paytaxtı Lahorda 17 iyunda Pakistan Xalq Hərəkatı Partiyasının təşkilatçılığı ilə təşkil olunmuş mitinqdə 14 mülki vətəndaş öldürülmüş, təxminən 90 nəfər isə yaralanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm