Ukrayna ordusundan separatçılara ağır zərbə
Bizi izləyin

Dünya

Ukrayna ordusundan separatçılara ağır zərbə

Ukraynanın Luqansk vilayətinin Antraçit şəhəri yaxınlığında ordu qüvvələri separatçıların canlı qüvvəsini məhv edib.

Axar.az xəbər verir ki, bu barədə jurnalist Roman Boçkala özünün Feysbuk səhifəsində məlumat verib.

Jurnalistin məlumatına görə, məhv edilən separatçılar yerli əhalini soymaqla məşğul imiş.

Boçkala bildirib ki, öldürülən separatçıların əksəriyyətinin əynindəki geyimdə Don kazaklarının nişanı olub.

“Mühasirədən çıxan 30-cu briqadanın batalyonu Antraçid yaxınlığında separatçıları məhv etməyi bacarıb. Məhv edilən hərbi texnikadan başqa onlara məxsus “Jiquli” markalı avtomobil də ələ keçirilib”, - jurnalist bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm