Rusiyada müsəlman dindarı qətlə yetirdilər
Bizi izləyin

Dünya

Rusiyada müsəlman dindarı qətlə yetirdilər

Vladikavkazda Şimali Osetiyanın müftisinin müavini Rəsul Qamzatov güllələnib.

ANS PRESS-in məlumatına görə, Rusiya DİN-in Şimali Osetiya üzrə Baş İdarəsi qətlin təfərrüatlarını açıqlayıb.

Müfti maşından enib evinə doğru gedərkən öldürülüb. Qatil müftiyə arxadan hiss olunmadan yaxınlaşaraq boyun hissəsindən atəş açıb.

Hadisə yerində əməliyyat axtarış qrupu çalışır.

Xatırladaq ki, 2012-ci ilin dekabr ayında Vladikavkaz Məscidinin əvvəlki İmamı İbrahim Dudarov qətlə yetirilmişdir, lakin cinayət işinin üstü hələ də açılmamış qalır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm