Türkiyədə min polislə əməliyyat (FOTO)
Bizi izləyin

Dünya

Türkiyədə min polislə əməliyyat (FOTO)

Türkiyənin İstanbul şəhərində min polisin iştirakı ilə narkotik əməliyyatı keçirilib.

ANS PRESS-ə verilən məlumata görə, əməliyyata polis helikopterkləri havadan dəstək verib. Əməliyyata narkotik polisləri ilə yanaşı, çevik alay və xüsusi təyinatlıları da qatılıb. Əməliyyat çərçivəsində 39 küçədə eyni vaxtda axtarış tədbirləri təşkil edilib.

Küçələrdə şübhəli olduğu görülən hər kəs saxlanılaraq yoxlamadan keçirilib. Əməliyyat davam etdiyi müddətdə məhəllə sakinləri polislərəri alkışlayaraq dəstəkləyib.

Qeyd edək ki, əməliyyat keçirilmədən bir müddət öncə məhz polisin axtarış keçirdiyi ətrazilərdə narkotikə qarşı etiraz aksiyası keçirilib. Etirazçılar "Türk xalqı narkotikə qarşı" yazılı plakatlar açaraq yürüş keçirdiblər.





Oxumağa davam et
Reklam
Reklam

Gündəm