Ekvadorda zəlzələ
Bizi izləyin

Dünya

Ekvadorda zəlzələ

Ekvadorun paytaxtı Kitoda ötən həftə güclü zəlzələnin fəsadları aradan qaldırılmamış, yeni yeraltı təkanlar baş verib.

Publika.az-ın "Routers"ə istinadən məlumatına görə, təkanlar yenə də dağıntılara səbəb olub. Bu dəfə zəlzələ nisbətən zəif - Rixter cədvəli ilə 4,7 bal gücündə olsa da, dağıntılara yol açıb.

Zəlzələ Kito yaxınlığında yerləşən Kalderon şəhərində də hiss edilib. Burada yeraltı təkanlar iri qaya parçalarının tökülərək, bir neçə yolu bağlamasına səbəb olub. Nəqliyyatın hərəkəti iflic olub.

Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm