
ABŞ HHQ İraq Kürdüstanının paytaxtı Ərbil yaxınlığında
İŞİD yaraqlılarının mövqelərinə 9 aviazərbə endirib.
Publika.az-ın "haberturk" saytına istinadən verdiyi məlumata görə,
havadan hücum zamanı 4 ədəd zirehli piyada daşıyıcısı, 7 silahlı
nəqliyyat vasitəsi və 2 “Hammer” avtomobili məhv edilib.
Avqustun 8-i ABŞ prezidenti Barak Obama İraq yaraqlılarına “lazım
olarsa” məhdud aviazərbələrin endirilməsinə razılıq verdiyini
bildirib. Onun sözlərinə görə, aviazərbələr “İslam dövləti”
hərəkatının yaraqlılarına istiqamətlənəcək və məqsədi orada olan
dini azlıqları və Amerika personalını qorumaqdır.
Qeyd edək ki, bundan öncə İraq rəsmiləri ABŞ-dan aviazərbələri
artırmağı xahiş etmişdi.