MAQATE rəhbəri İrana gəlir
Bizi izləyin

Dünya

MAQATE rəhbəri İrana gəlir

Beynəlxalq Atom Enerjisi Təşkilatının (MAQATE) sədri Yukia Amano bu gün İrana səfər edəcək.

ANS PRESS-in məlumatına görə, səfər çərçivəsində o bir çox ölkə rəsmisi ilə görüşəcək. Səfər İran və MAQATE arasında əlaqələrin möhkəmləndirilməsi üzrə səylərin bir hissəsi kimi dəyərləndirilir.

Avqustun axırında MAQATE və İran arasında nüvə proqramı sənədlərinin açılmasında gəldikləri 3 aylıq razılaşma müddəti sona çatır.

Xatırladaq ki, iyulun ortalarında ABŞ prezidenti Barak Obama bəyan edib ki, “altılıq”la 4 aylıq danışıqların aparılması müddətində İran əlavə 2,8 milyard follar dondurulmuş aktivlərini alacaq. Bundan əlavə Avropa İttifaqı İrana qarşı sanksiyaların qarşısının alınması qərarını 24 noyabra qədər uzadıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm