Jirinovskidən təzə xəbər ...
Bizi izləyin

Dünya

Jirinovskidən təzə xəbər ...

Vladimir Jirinovski Murmansk şəhər şurasına namizədliyini irəli sürüb.

Publika.az-ın "RİA Novosti"yə istinadən məlumatına görə, artıq Murmansk ərazi seçki komissiyası deputatlığa namizədlərin qeydiyyatının bitdiyini açıqalayıb. Mübarizəyə 117 ikili mandat və partiya siyahıları üzrə 126 namizəd daxil olacaq. Qeyd edilmiş namizədlər arasında Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski də yer alıb.

Liberal Demokratik Partiyasının nümayəndəsi Maksim Belov məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, partiyanın lideri regiona nümayiş etdirmək istəyir ki, Murmansk bizim partiyamız üçün əhəmiyyətlidir:

"Yaxın vaxtlarda biz dövlət dumasının bir neçə deputatını gözləyirik. Onlar Rusiyanın Liberal Demokrat Partiyasından olan namizədlərə öz xeyir-duasını verməyə gələcəklər", - deyə o bildirib.

Belov həmçinin qeyd edib ki, Murmansk şəhər dumasına seçkilərdə qələbə qazanacağı təqdirdə Vladimir Jirinovski çətin ki, dövlət dumasındakı öz yerini tərk edəcək. Bu addım sadəcə olaraq partiya üzvlərini dəstəkləmək arzusu ilə atılıb.

Qeyd edək ki, seçkidə cəmi 9 partiya qeydə alınıb. Murmanskda seçkilər 14 sentyabrda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm