Mosul bəndi İŞİD-dən geri alınır
Bizi izləyin

Dünya

Mosul bəndi İŞİD-dən geri alınır

İraq Şam İslam Dövləti (İŞİD) qruplaşmasının nəzarətində olan Mosul bəndinin geri qaytarılması üçün kürdlər yaraqlıları hücuma keçdiyini bəyan ediblər.

Publika.az-ın məlumatına görə, əməliyyatda ABŞ hərbi qüvvələrinin də iştirak etdiyi bildirilir.

Qeyd edək ki, Şimali İraqı su və elektriklə təchiz edən bənd və elektrik stansiya, avqustun 7-də cihadçılar tərəfindən işğal olunub.

Ərbildəki BBC telekanalının müxbiri Cim Mürün sözlərinə görə, ümid var ki, "İslam dövləti"nin yaraqlıları, rəqib qüvvələrinin xeyli üstün olmasını nəzərə alaraq, özləri bəndi tərk edə bilərlər.

Bənd mühüm strateji obyektidir: əgər o, partladılsa Mosulu 20 metrəlik dalğa örtəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm