• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

İŞİD-in ölüm siyahısı

  • Dünya
  • 17 Avqust 2014 19:47
  • 1 479 Baxış
İŞİD-in ölüm siyahısı

Terror təşkilatı İraq Şam İslam Dövləti (IŞİD) qruplaşması ölümlə təhdid etdiyi 70-dən çox Suriyalı müxalifin adının yer aldığı siyahı açıqlayıb.

ANS PRESS-in məlumatına görə, siyahıda müxalif liderlərin, jurnalistlərin, sənətçilərin və ziyalıların adları yer alıb.

Suriyanın Rakka şəhərindəki IŞİD-in İslam Hüququ Komitəsinin üzvü Əbu Aişə əl-Cezravi tərəfindən imzalanan yazılı açıqlamada bildirilir ki, müxaliflər "mürtəd" (dindən çıxmış), agent və Xilafətə qarşı çıxmaqda günahlandırılır.

İŞİD üzvününün sözlərinə görə, Suriya Müxalifəti və İnqilabçı Güclər Milli Koalisiyasının (SMDK) üzvləri, Suriya Müsəlman Alimlər Birliyinə daxil olan İslam alimləri, SMDK-dan kənar fəaliyyət göstərən Birləşmiş İslam Cəbhəsini dəstəkləyən müstəqil ziyalılar xarici kəşfiyyat təşkilatları üçün çalışır. Həmçinin müxaliflərin İŞİD-ə qarşı təbliğat apardığını vurğulayan Cezravi mürtədlərin öldürülməsinin vacib olduğunu bildirib.

Qeyd edək ki, Suriya müxalifəti son 2 həftədə İŞİD-i Şuaytat tayfasından olan 700 nəfəri qətlə yetirməkdə ittiham etmişdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR