Kılıcdaroğlunun taleyinə bu tarixdə aydınlıq gələcək
Bizi izləyin

Dünya

Kılıcdaroğlunun taleyinə bu tarixdə aydınlıq gələcək

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CXP) qurultayının keçiriləcəyi vaxt bəlli oldu.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, partiyanın Mərkəzi İdarə Heyəti (MYK) növbədənkənar qurultayın 5-6 sentyabr tarixlərində keçirilməsi barədə qərar verib.
CXP qurultayını Ankara Ticarət Odası salonunda keçirəcək.


CXP sədri Kamal Kılıcdaroğlu partiya rəsmilərinin etdiyi qurultay çağırışlarına müsbət cavab vermiş və “narahat olmasınlar, qurultayı keçirəcəyəm” söyləmişdi. Qurultayda partiyanın nizamnaməsi də dəyişdiriləcək.
Qeyd edək ki, CXP-də növbədənkənar qurultayın keçirilməsi barədə çağırışlar müxalifətin vahid namizədi olan Ekmeləddin İhsanoğlunun baş nazir Rəcəb Tayyıb Ərdoğana məğlub olmasından sonra səslənməyə başlamışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm