
Ukraynanın şərqindəki Donetsk vilayətində ordu ilə separatçılar arasında baş verən döyüşlərdə atılan top mərmilərindən biri İstanbul Əhəd Məscidinə düşüb.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə,
ölən və yaralanan olmasa da, məscidə ziyan dəyib.
İyun ayından bağlı olan İstanbul Əhəd Məscidi SSRİ-nin
dağılmasından sonra Donetskdə inşa olunan yeganə məsciddir. Tatar
əsilli iş adamı Əhəd Bragin tərəfindən inşa edilən və 1995-ci ildə
ölümündən sonra onun adını daşıyan məscid eyni zamanda Ukrayna
İslam Universitetinə aid təhsil ocaqlarını birləşdirir.
Ömər Dağlı