İŞİD-ə Mosul su anbarında ağır zərbə!
Bizi izləyin

Dünya

İŞİD-ə Mosul su anbarında ağır zərbə!

ABŞ Mosul su anbarı yaxınlığında “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına 14 hava zərbəsi endirib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, hücumlarda İŞİD-in nəzarət məntəqəsi və 19 hərbi texnikanın məhv edildiyi açıqlanıb. İraqın təhlükəsizlik səlahiyyətliləri İraq və ABŞ hərbi təyyarələrinin havadab dəstəklədiyi peşmərgə güclərinin ölkənin ən böyük su anbarı olan Mosul anbarının bir hissəsini İŞİD-dən aldığını bildirib.

İŞİD Mosul su anbarını 7 avqust tarixində ələ keçirmişdi. Rəsmi məlumata görə, İŞİD-in əlində olan SES 1010 MQB elektrik hasil edir. Su anbarı İraqın təxminən 40-45 faizinin içməli su və əkinçilik üçün ehtiyaclarını təmin edir.

1980-ci ildə qurulan su anbarı nə qədər əhəmiyyətli olsa da, bir o qədər təhlükə mənbəyi kimi narahatlıq doğurub. ABŞ İraqı işğal edəndən sonra Mosul Su Anbarının təmiri üçün 30 milyon dollar ayırıb. Amerikalı hərbçilər bildirirlər ki, anbarən özülü getdikə çürüyür. Fundamenti zəif olduğu üçün burada hər an xoşagəlməz hadisə baş verə bilər.

Anbar partlayarsa, Mosul başda olmaqla Bağdada qədər Dəclə boyu ərazilər su altında qala bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm