"Sağ sektor"dan Poroşenkoya qarşı itaətsizlik
Bizi izləyin

Dünya

"Sağ sektor"dan Poroşenkoya qarşı itaətsizlik

Ukraynanın millətçi təşkilatı “Sak sektor”un lideri Dmitri Yaroş prezident Pyotr Poroşenko əmrini şərh edib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, D.Yaroş Kiyevə qayıtmaqdan imtina edib.
Qeyd edək ki, Ukrayna prezidenti “Sağ sektor”a antiterror əməliyyatların aparıldığı Şərqi Ukraynadan çəkilməsi barədə göstəriş verib. Kiyevə qayıtmaqdan imtina edən “Sağ sektor” əvəzində döyüşçülərin yerdəyişməsi haqqında Ukrayna Təhlükəsizlik Xidmətini məlumatlandıracağı barədə təminat verib.

D.Yaroş “Sağ sektor” döyüşçülərinə antiterror əməliyyatları zonasından silahı, döyüş sursatları və partlayıcı maddələri çıxartmağı qadağan edib. Təşkilat lideri bu barədə əmri “facebook” səhifəsində yerləşdirib. “Silah, döyüş sursatları və partlayıcı maddələrin hərəkəti yalnız bir istiqamətdə ola bilər - cəbhəyə”, - Yaroş yazıb.
Məlumata görə, Ukrayna milisi bu həftə ərzində “Sağ sektor”a məxsus olduğu bildirilən iki avtomobili saxlayıb. Avtomobillərdə qeyri-leqal silah arsenalının olduğu bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm