Ukrayna Rusiya karvanını qəbul etməyə razılaşdı
Bizi izləyin

Dünya

Ukrayna Rusiya karvanını qəbul etməyə razılaşdı

Ukrayna Rusiyadan gələn humanitar yardımları “İzvarino” sərhəd-keçid məntəqəsindən partiyalarla – 30 maşın olmaqla – qəbul etməyə razılaşıb.

Axar.az Ria.ru-ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Dövlət Maliyyə Xidmətinin rəhbəri Anatoli Makarenko bildirib. Onun sözlərinə görə, yüklər Qırmızı Xaç missiyası ilə Rostov vilayətindən, beynəlxalq sərhəd-keçid məntəqəsi olan “İzvarino-Donetsk”dən buraxılacaq:

“Yalnız beynəlxalq qanunvericiliyə uyğun yoxlamadan keçəndən sonra buraxılacaq və yalnız Qırmızı Xaçın rəsmi nümayəndəsinin iştirakı ilə yerlərə çatdırılacaq”.

Makarenko bildirib ki, Qırmızı Xaçın nümayəndəsi avqustun 18-də vacib prosedurları həyata keçirmək üçün gələcək.

Xatırladaq ki, Rusiyanın Ukraynanın şərqinə 200 yük maşınında humanitar yardım göndərməsi bir neçə gündür ki, beynəlxalq qalmaqalla müşahidə olunur. Ukrayna humanitar yardım adı altında terrorçulara silah-sursat gəlməsindən ehtiyat edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm