Bərzani xəbərdarlıq etdi: “Bu, fəlakət olar”
Bizi izləyin

Dünya

Bərzani xəbərdarlıq etdi: “Bu, fəlakət olar”

“İŞİD terrorçularının Kərbəla və ya Nəcəf kimi müqəddəs məkanları alması bir fəlakət ola bilər”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Almaniyanın “Bild am Sonntag” qəzetinə müsahibəsində İraq kürd regional rəhbərliyinin başçısı Məsud Bərzani deyib.

Onun sözlərinə görə, Kərbəla və Nəcəfin İŞİD-in əlinə keçməsi yalnız İraqı deyil, bütün regionu qan gölünə çevirəcək.

İŞİD-ə hava zərbələrin endirilməsi barədə qərara görə ABŞ prezidenti Barak Obamaya minnətdarlıq edən Bərzani müttəfiqlərdən daha çoxunu gözlədiyini bildirib:

“Bundan başqa sursat yardımı da aldıq. Amma daha təsirli silahlar gözləyirik. Yalnız ABŞ-dan deyil, Almaniya da daxil olmaqla dost və müttəfiqlərimizdən dəstək gözləyirik. Bizim “əsgər göndərin” kimi tələbimiz yoxdur. İŞİD-ə qarşı mübarizəni davam etdirmək üçün silah yardımı kifayət edər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm