Kiyev nikbin deyil: “Danışıqlar çətin keçir”
Bizi izləyin

Dünya

Kiyev nikbin deyil: “Danışıqlar çətin keçir”

“Ukrayna böhranının nizama salınması üzrə Berlində keçirilən danışıqlar çətin keçir”.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna xarici işlər naziri Pavel Klimkin Berlində Ukrayna, Rusiya, Almaniya və Fransa xarici işlər nazirlərinin iştirakı ilə keçirilən dördtərəfli danışıqları şərh edərkən bildirib.

“Danışıqlar hazırda şam yeməyi formatında davam edir. Daha sonra rəsmi hissəni davam etdirəcəyik. Danışıqların nə qədər davam edəcəyini demək çətindir. Danışıqları çətin keçir”, - ukraynalı nazir “tvitter” səhifəsində yazıb.

Qeyd edək ki, bu gün Berlində Rusiya. Ukrayna, Almaniya və Fransa xarici işlər nazirlərinin iştirakı ilə dördtərəfli danışıqlar başlayıb.

Əsas məsələlər Ukrayna-Rusiya sərhədin təhlükəsizliyi, silahın və muzdluların Rusiyadan separatçılara çatdırılmasının dayandırılmasıdır. Dördtərəfli danışıqlar çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovun ukraynalı həmkarı Pavel Klimkinlə görüşü gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm