Dördtərəfli danışıq beş saat çəkdi
Bizi izləyin

Dünya

Dördtərəfli danışıq beş saat çəkdi

Alman nazir Ukraynadakı böhranın siyasi həllini tapmaq üçün planlaşdırlan görüşdən razı qalıb.

Publika.az-ın UNİAN-a istinadən məlumatına görə, Almaniya xarici işlər naziri Frank-Volter Ştaynmayerin dəvəti ilə Berlində bir araya gələn Rusiya xarici işlər naziri Sergey Lavrov, Ukrayna xarici işlər naziri Pavlo Klimkin və Fransa xarici işlər naziri Loren Fabius Ukraynadakı gərginliklə bağlı müzakirələr ediblər.

Təxminən 5 saat davam edən toplantıdan sonra alman nazir Ştaynmayer, bəzi məsələlərdə irəliləyiş əldə edildiyini açıqlayıb.

Diplomatik mənbələr görüşlərin davam edib-etməyəcəyinin bu gün, ya da sabah müəyyən olacağını bildirir.

Qeyd edək ki, Rusiya, Ukrayna, Fransa və Almaniya xarici işlər nazirləri Ukraynada gərginliyi müzakirə etmək üçün bir araya gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm