İstanbulda gərginlik
Bizi izləyin

Dünya

İstanbulda gərginlik

Türkiyənin İstanbul şəhərində müxalif Cumhuriyyət Xalq Partiyası tərəfdarlarının hökumətə qarşı etirazları sonda zorakılıqlarla yadda qalıb.

Publika.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Okmeydanı rayonunda toplaşan bir qrup gənc yolu kəsərək nəqliyyatın hərəkətinə mane olub. Təhlükəsizlik qüvvələrinin xəbərdarlıqlarına baxmayaraq qrup dağılmayıb.

Polis etirazçılara qarşı güc tətbiq etmək məcburiyyətində qalıb. Aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazlardan istifadə olunub.

Fəallar isə daş və yanıcı-kəsici maddələrlə təhlükəsizlik qüvvələrinə müqavimət göstəriblər.

Qarşıdurmalar zamanı xəsarət alan olmasa da, yaxınlıqda yerləşən evlərə ziyan dəyib.

İHA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm