Ukraynanı dəstəkləyən rus estradasının ulduzu cəzalandırılacaq - VİDEO
Bizi izləyin

Dünya

Ukraynanı dəstəkləyən rus estradasının ulduzu cəzalandırılacaq - VİDEO

Rusiyanın məşhur rok qrupu, “Maşina Vremeni”-nin lideri Andrey Makarviçin Ukrayna hakimiyyətini dəstəkləməsi Duma üzvlərini narahat etməyə başlayıb.

Publika.az “İzvestiya.ru”-ya istinadən xəbər verir ki, artıq müğənnini xəyanətdə ittiham edənlər var.

Qeyd edək ki, 12 avqustda Makareviç Şərqi Ukraynaya qastrol səfərinə getmiş, Svyataqorsk şəhərində çıxış etmişdi.

Elə qastrol zamanı da, ondan əvvəl də o, Rusiyanın Ukrayna siyasətini çəkinmədən pisləyirdi.

Hazırda Dumanın “Yedinaya Rossiya” fraksiyası tərəfində “antirusiya çıxışları edən şəxslər haqqında“ qanun layihəsi hazırlanır.

Əgər qanun layihəsi keçsə, Andrey Makareviç təltif olunduğu orden və medallardan məhrum ediləcək.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm