Əfqanıstan müharibəsinin veteranı rus tankını partlatdı
Bizi izləyin

Dünya

Əfqanıstan müharibəsinin veteranı rus tankını partlatdı

Luqansk ətrafında gedən döyüşlərdə ukraynalı əsgərlərdən biri, keçmiş “əfqan” döyüşçü Andrey Marunçak qəhrəmanlıq göstərib.

Publika.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Əfqanıstan müharibəsinin veteranı təkbaşına rus tankını partladıb. Lakin digər zirehli maşından atılan atəş nətcəsində həlak olub.

Marunçak Əfqanıstan müharibəsini keçmiş döyüşçü idi. Maydan hadisələri başlayandan hərəkatın önündə olub. Elə həmin vaxtlar Əfqanıstanda döyüşmüş veteranlardan ibarət batalyon yaradıb.

Ukraynanın şərqində müharibə başlayanda 32 “əfqan”la birgə “Aydar” batalyonuna yazılıb.

Son döyüşundə onunla birgə 7 döyüşçüsü həlak olub.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm